Altı ay komada qalan daha bir qazimiz şəhid oldu | Eurasia Diary - ednews.net

14 May, Cümə


Altı ay komada qalan daha bir qazimiz şəhid oldu

Cəmiyyət A- A A+

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.

Eurasia Diary xəbər verir ki, bu barədə “Report”a Masallı Rayon icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ağakişibəyli kəndindən olan 26 yaşlı N.Əbilov bu gün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...