Minalanmış ərazilər problemi təcili həllini tapmalıdır Qabil Abbasoğlu Ermənistana qarşı petisiyanı imzalamağa çağırdı

Cəmiyyət 11:21 20.04.2021

İşğaldan azad edilmiş rayonlarda minalanmış ərazilərin xəritələrinin Azərbaycana indiyədək verilməməsi həlli vacib olan məsələ olaraq qalır. BMT-nin qəbul etdiyi Konvensiyaya görə münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizləyəcəkləri sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Lakin Ermənistan Konvensiyanı kobud şəkildə pozaraq məqsədli şəkildə xəritələrin Azərbaycana təhvil verilməsindən imtina edir və bununla regionda sülh quruculuğu və stabilliyi təhdid altına salır.

Ermənistanın törətdiyi bu cinayətlərin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin də iştirakı çox vacibdir. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının fəallığı xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov 25 mart 2021-ci il tarixində hüquqi ədalətin bərpası üçün Minalanmış Xəritələrin qaytarılması ilə bağlı petisiya təşəbbüsü ilə çıxış edib. BAMF-ın prezidenti Umud Mirzəyevin rəhbərliyi ilə irəli sürülmüş bu addım Azərbaycana qarşı olan ədalətsiz mövqenin qarşısının alınmasına böyük önəm kəsb edir.

“Azərbaycanın işğaldan azad olunmuş bölgələrindəki minalanmış ərazilər problemi Vətən müharibəsindən sonra ortaya çıxan ən böyük çətinliklərdən biridir”.

Bunu Əməkdar jurnalist Qabil Abbasoğlu BAMF-ın irəli sürdüyü layihə ilə bağlı fikirlərini Eurasia Diary ilə bölüşərkən deyib.

“İşğaldan azad olunmuş ərazilərə oranın daimi və həqiqi sakinləri qayıdıb məskunlaşmalıdırlar. Lakin nəinki mülki əhalinin, hətta hərbiçilərin belə hərəkətinə maneçilik törədən minalanmış ərazilər problemi öz həllini təcili şəkildə tapmalıdır. Bu, həm atəşkəslə bağlı 2020-ci ilin noyabr ayında imzalanmış bəyanatın tələbidir, həm də məntiq də bunu deyir. Lakin Ermənistan verdiyi sözün məntiqinin adi həyat normalarının ziddinə belə gedərək, torpaqlarımızı uzun illər işğal altında saxladığı kimi, indi də işğaldan azad etdiyimiz torpaqların minalanmış ərazilərinin xəritəsini təqdim etmir. Bu, beynəlxalq humanitar hüquqa da ziddir, bu ölkələrin qarşılıqlı davranışına, siyasi diplomatik davranışına, bu hətta müharibədən, atəşkəsdən sonrakı hərəkətlərin məntiqini belə pozur və işğalçılıq və təcavüzkar siyasətin davam etdiyini göstərir”, Q.Abbasoğlu qeyd edib.

O, Beynəlxalq Avrasiya Mətbuat Fondunun bu təşəbbüsünü alqışlayıb. “Təkcə azərbaycanlı olduğumuza görə yox, həm də insan olduğumuza görə alqışlayırıq. Bütün dünya əhalisi üçün bu cür bəlalardan, müharibə fəlakətindən və müharibədən sonrakı minalanmış ərazilər problemindən qurtulmaq üçün ölkələr hərbi əməliyyatlar dayandıqdan sonra bu məsələ ilə bağlı diplomatik təmaslar qururlar və bu problemi yaranmış vəziyyətə uyğun həll edirlər. Bizim qarşımızdakı bu düşmən normal məntiqlə anlayası cəmiyyət  deyil. Buna görə də beynəlxalq ictimaiyyəti, dünya hüquq normalarını, bu mexanizmləri hərəkətə gətirməliyik və bu mexanizmləri hərəkətə gətirmək üçün BAMF-ın başlatdığı petisiya zənnimcə effektiv ola bilər. İndiyə qədər də BAMF minalanmış ərazilərin təmizlənməsi ilə bağlı bir neçə əhəmiyyətli layihələr həyata keçirib və təşkilatın rəhbəri Umud Mirzəyevin də bu sahədə gördüyü işlər danılmazdır, tədqirəlayiqdir. Bu həm miqyasca, həm də əhəmiyyətcə də çox böyük bir problemdir və həll eləmək üçün təşkilatın imkanları çox məhduddur. Ölkə olaraq da bunun həllinə hələ ki nail ola bilməmişik. Ona görə də dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, BMT və bu sahə ilə bağlı mövcud olan digər beynəlxalq qurumlar yaranmış bu problemə aydınlıq gətirməlidirlər və münasibət bildirməlidirlər. Ümid edirəm ki, bu petisiya zəruri nəticəsini verəcək”, deyə Q.Abbasoğlu bildirib.

Gülnar Səlimova

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı