Ali məktəblərin muxtar hüquqları müəyyənləşir

Cəmiyyət 10:36 20.04.2021

"Ali təhsil müəssisəsinin muxtariyyəti var. Muxtariyyət dövlət qurumları ilə ali  təhsil müəssisələri arasında, eləcə də  ali təhsil müəssisəsinin rəhbərliyi və akademik heyəti arasında səlahiyyət və məsuliyyət  bölgüsü  ilə müəyyən olunur".

Eurasia Diary xəbər verir ki, bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb. 

Layihəyə əsasən, ali təhsil müəssisəsinin muxtariyyəti ali təhsil müəssisəsinin təsisçiləri tərəfindən qoyulmuş vəzifələrin həyata keçirilməsinin yollarını və formalarını sərbəst seçmək hüququ və  eyni zamanda müəssisədə əldə etdiyi təhsilin keyfiyyətinə görə hüquqi-normativ aktlara uyğun məsuliyyətdə ifadə olunur.

Ali təhsil müəssisəsi aşağıdakı hüquqlara malikdir:

- ali təhsil müəssisəsinin nizamnaməsini  hazırlamaq və qəbul etmək;

- ali təhsil müəssisəsinin heyətini formalaşdırmaq;

- təhsil proqramlarının məzmun və formalarını müəyyən etmək;

- əlavə təhsil və doktorantura  təhsili üçün tələbə qəbulu qaydalarını müəyyən etmək;

- əsas tədqiqat istiqamətlərini müəyyən etmək;

- ali təhsil müəssisəsinin təşkilati və idarəetmə strukturunu müəyyən etmək;

- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş  dərəcələrdən aşağı olmayan aylıq əmək haqqı dərəcələrini müəyyən etmək;

- ali təhsil müəssisəsinin bu qanunda göstərilən prinsip və vəzifələrinə zidd olmayan  digər fəaliyyət göstərmək.

Ali təhsil müəssisəsi öz işini  müstəqil surətdə planlaşdırmaq, təlim-tərbiyə, elmi-tədqiqat, metodik, maliyə-təsərrüfat, iqtisadi, kommersiya və s. məsələləri sərbəst surətdə həll etmək, təlimin forma və metodlarını  müəyyən etmək, müəssisəsini kadrlarla komplektləşdirmək, o cümlədən başqa  dövlətlərin vətəndaşlarını  işə qəbul etmək, müəyyən olunmuş əmək haqqı fondu çərçivəsində müəssisənin quruluşu  və ştat  cədvəlini təsdiq etmək, maliyyələşmənin müxtəlif növlərindən sərbəst istifadə etmək, tədris-tərbiyə müəssisəsində iaşə üzərində ictimai nəzarəti həyata keçirmək hüququna malikdir. 

Ali təhsil müəssisələri professor və dosent vəzifələrinə seçkilərin təşkil edilməsini  müvafiq qaydalara uyğun şəkildə müstəqil həyata keçirir. 

Ali təhsil müəssisəsinin təsis etdiyi professor və ya dosent vəzifəsi seçkilidir və 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 8-ci səviyyəsi  üzrə kvalifikasiyanı tamamlamış və elmi dərəcə almış şəxslərin ali təhsil müəssisəsinin dosenti və ya professoru vəzifəsinə seçilmək və ya təyin edilmək hüququ var. Bu proses ali təhsil müəssisəsi tərəfindən təşkil edilir.

Professor və ya dosent vəzifəsinə elan edilmiş müsabiqədə yalnız həmin vəzifələrin tutulmasına qoyulan tələblərə cavab verən elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Elmi adlar mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisəsinin elmi (elmi-texniki) şuralarının qərarı əsasında  Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi  dərəcələr verilməsinə dair ixtisasların nomenklaturuna daxil olan ixtisaslardan biri üzrə verilir.  Ali təhsil müəssisəsi tərəfindən professor və ya dosent  vəzifəsinə seçilmiş əməkdaşla müqavilə bağlanılır və ona  seçildiyi müddət ərzində müvafiq vəzifə maaşı, müvafiq icra hakimiyyəti orqanı və təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş əlavələr verilir. 

Ali təhsil müəssisəsində professor və ya dosent vəzifəsinə seçilmiş şəxslərin elmi adları yalnız seçildikləri təhsil müəssisəsində hüquqi qüvvəyə malikdir. 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı