Ermənistan mina xəritələrini təqdim etməlidir İctimai xadimlər petisiyaya qoşulmağa dair çağırış etdilər

Cəmiyyət 15:44 20.04.2021

Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı bir müddət əvvəl dünyaca məşhur www.change.orq saytında Ermənistana qarşı petisiya ilə çıxış edib. Bu gün ölkəmizin tanınmış ictimai xadimləri Çingiz Abdullayev, Azər Qəribov, eləcə də israilli beynəlxalq ekspert Arye Qut hər kəsi bu petisiyaya qoşulmağa çağırıblar.  

Bu barədə petisiyanın əsas təşəbbüsçülərindən olan BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev məlumat verib. Petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən 30 illik işğalı, habelə münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır. Sənəddə deyilir: “Ermənistan minaların harada qoyulduğunu bilir, lakin müxtəlif bəhanələrlə bu məlumatları təqdim etməkdən imtina edir. 30 ildən sonra azərbaycanlı məcburi köçkünlər geri dönərək minaların içərisində özlərinə həyat qurmağa çalışır. Lakin müharibədən sonrakı dövr ərzində 85 nəfərdən çox azərbaycanlı minaya düşərək həlak olub və ya ağır yaralanıb”.  

“Petisiya dünya dövlətlərini, beynəlxalq təşkilatları, media qurumlarını Azərbaycanın üzləşdiyi mina probleminə yönəltmək üçün çoxsaylı insanların www.change.org saytında birgə etiraz çağırışıdır. Artıq qısa müddət ərzində petisiyaya qoşulanların sayı 12.000 nəfəri keçib. Bu müddət ərzində 118,750 baxış və 20,880 paylaşım sayı qeydə alınıb. Hər dəqiqə artmaqda olan bu statistika dəstəyiniz və birliyimiz sayəsində bizi hədəfimizə daha da yaxınlaşdırır” deyə tədbir iştirakçıları  bildirib.

Azərbaycan vətəndaşları da https://www.change.org/p/republic-of-armenia-urge-armenia-release-the-map-of-landmines-in-liberated-areas-of-azerbaijan-to-save-lives saytına daxil olub, petisiyaya imza ata bilər. “Bu petisiyanı imzalamaqla Ermənistanı minalanmış ərazilərə dair xəritələri üzə çıxartmağa çağırmağınız çox sayda günahsız insan itkisinin qarşısını ala bilər” deyə ictimai xadimlər media nümayəndələrinə, vətəndaş cəmiyyətinə və bütövlükdə ictimaiyyətə səsləniblər.

Qeyd edək ki, martın 25-də BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadan zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək“ İB-nin sədri Məmmədhəsən Həsənov erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara bəyanatla müraciət ediblər. Aprelin 4-də onlar Ermənistana qarşı petisiya imzalayıb.  

Tədbirdə iştirak edən vətəndaş cəmiyyəti qurumları və ictimai xadimlər dünya ictimaiyyətinə açıq məktub ünvanlayıb. BAMF isə öz tərəfindən Halo Trust, GICHD, APOPO "Mina Məsləhət Qrupu" (MAG) kimi mina proqramlarında aktiv iştirak edən beynəlxalq qurumlara müraciət edərək, onları Ermənistan tərəfindən minalı xəritələrin Azərbaycana təhvil verilməsinə dair petisiyaya qoşulmağa çağırıb.

Müraciətdə bildirilir ki, azərbaycanlı məcburi köçkün ailələri 30 il öncə zorla tərk etdikləri evlərinə qayıtdıqdan sonra bu minalar səbəbindən həyatlarını təhlükə altında qoyurlar. Uşaqların üzərində gəzdiyi bu torpaq indi onların həyatlarını almaq potensialına malikdir. Bu xəritələrin təhvil verilməsini tələb etmək üçün daha çox şey edilə bilər. Dünya vətəndaşları olaraq, bu minaların yerinin təsbit edilməsi üçün bizim də üzərimizə öhdəlik düşür. İşğaldan azad edilmiş ərazilərdə mina yerlərinin təsbit edilməsi həm Azərbaycan, həm də Ermənistan üçün dinc gələcəyə irəliləmək yolunda növbəti vacib addımdır. Keçmişin səhvlərini düzəldərək gələcəyə baxmağa davam etməliyik. Müraciətə tanınmış ictimai xadimlər Çingiz Abdullayev və Azər Qəribov qoşulublar.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı