Şuşada nəşi tapılan "Cəsur döyüşçü" dəfn edilib - FOTOLAR | Eurasia Diary - ednews.net

8 May, Şənbə


Şuşada nəşi tapılan "Cəsur döyüşçü" dəfn edilib - FOTOLAR

Cəmiyyət A- A A+

Vətən müharibəsində 5 ay əvvəl Şuşanın Daşaltı kəndində şəhid olan Hacıqabul rayonu Muğan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Kərimli Qalası Müslüm oğlu bu gün dəfn edilib.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, şəhid kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid əsgər Qalası Kərimli ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. 5 ay axtarışlardan sonra onun nəşi Şuşanın Daşaltı kəndində tapılaraq yaxınlarına verilib.  

Qalası Kərimli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 
 
 
 
 
 
 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...