Azərbaycanın görkəmli ziyalısı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun bu gün 61 yaşı tamam olur.
Cəfər müəllimin Azərbaycan elminin inkişafında xüsusi xidmətləri vardır. Hələ Azərbaycan Turizm və Menecment Universitetinin rektoru olduğu zamanlarda, qısa bir müddət ərzində bu elm ocağının yeni bir səviyyəyə qalxmasında, təhsil müəssisələri sırasında layiqli yerə çatmasında böyük əməyi olmuşdur.
ADPU-nin rektoru kimi universitetdə islahatların aparılması, yeni yanaşma metodologiyalarının tətbiqi, pedaqoji potensialın keyfiyyətinin artırılması Cəfər müəllimin adı ilə bağlıdır. Cəfər müəllim həm də müasir Azərbaycan tarixinin araşdırılması, dövlət idarəçiliyi və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində çoxsaylı elmi əsərlərin müəllifidir.
Gözəl insan, etibarlı dost, dəyərli ziyalımız Cəfər Cəfərovu ADPU yanında İctimai Şuranın üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) kollektivi və şəxsən öz adımdan təbrik edir, ona möhkəm can sağlığı, Azərbaycan elminin və pedaqogikasının inkişafında yeni-yeni uğurlar arzu edirəm.
Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti