Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.
"Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik".
Eurasia Diary xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov deyib.
Sözçü bildirib ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib:
"O öz ərizəsi ilə işdən azad olunub".
Axar.az-a daxil olan məlumata görə, H.Mirələmovun YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən çıxarılacağı və ümumiyyətlə, partiyadan uzaqlaşdırılacağı gözlənilir.