İşğaldan azad edilmiş ərazilərdə 20000-dən çox mina və PHS aşkarlanıb - ANAMA-dan açıqlama | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


İşğaldan azad edilmiş ərazilərdə 20000-dən çox mina və PHS aşkarlanıb - ANAMA-dan açıqlama

Cəmiyyət A- A A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat yayıb.

ANAMA-dan APA-ya bildirilib ki, ötən il noyabrın 10-dan bu il aprelin 30-dək 20 280 727 kv.m (2 028 ha) ərazi təmizlənib. Bu müddətdə piyada əleyhinə 7086 ədəd mina, tank əleyhinə 3574 ədəd mina və 7943 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Ötən ay isə 2 847 807 km.m (285 ha) ərazi təmizlənib.

Bu ərazilərdə piyada əleyhinə 364 mina, tank əleyhinə 148 mina (cəmi 512) və 1098 PHS aşkarlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...