Deputatdan etiraz - “Niyə vətəndaş adi vəsiqə almaq üçün 40 manat ödəməlidir?” | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Deputatdan etiraz - “Niyə vətəndaş adi vəsiqə almaq üçün 40 manat ödəməlidir?”

Cəmiyyət A- A A+
Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında dövlət rüsumları ilə bağlı qaydalardan danışdı.
 
Deputat bildirdi ki, Azərbaycanın vətəndaşları dövlətin idarəetmə xərclərini, vergi ödəmələrini üzərlərinə götürüblər. Həmçinin dövlət orqanının xərcləri də büdcə tərəfindən qarşılanır:
 
“Belə olduğu halda vətəndaş hər hansı bir sənəd üçün müraciət edəndə deyirlər ki, filan qədər rüsum ödə! Onda belə çıxır ki, dövlət orqanları faktiki olaraq pullu xidmət göstərirlər. Axı, vətəndaş vergi ödəyir, dövlət orqanını saxlayır, dövlət orqanının xərclərini də öz üzərinə götürüb. Niyə vətəndaş, məsələn, adi vəsiqə almaq üçün 40 manat ödəməlidir? 40 manat az vəsait deyil. Əgər vətəndaş vəsiqəni itiribsə, yaxud onun günahı ucbatından vəsiqə korlanıbsa, o zaman vəsiqənin dəyişdirilməsi üçün rüsum ödəsin. Amma kimsə şəxsiyyət vəsiqəsi alırsa, yaxud vəsiqəni vaxtı bitdiyi üçün dəyişdirirsə, niyə pul ödəməlidir?”
 
Q.Həsənquliyev qanunvericiliyə yenidən baxılmasını təklif etdi:
 
“Hesab edirəm ki, biz, bu məsələyə fundamental, köklü şəkildə yenidən baxmalıyıq. Onsuz da müəyyən təbəqədən olan insanların sosial vəziyyəti o qədər də yaxşı deyil. Bunlar da hər arayışa görə əlavə rüsum ödəyir. Onları bu rüsumdan azad etmək lazımdır. Nazirlər Kabinetində bu məsələ müzakirə olunmalı, bu formada vətəndaşlardan təkrar pul yığılmasına son qoyulmalıdır”.

moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...