Səhər saatlarından davam edən külək nə vaxt dayanacaq? - ETSN-dan açıqlama | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Səhər saatlarından davam edən külək nə vaxt dayanacaq? - ETSN-dan açıqlama

Cəmiyyət A- A A+

"Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək. Küləyin maksimal sürəti arabir 30-35 metr saniyəyə çatacaq".

Eurasia Dairy xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir: "Mayın 6-sı səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Bölgələrdə də bu gün ərzində qeyri-sabit yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mayın 6-sı səhər saatlarından başlayaraq yağıntının kəsəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir".

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...