DOST da Vətənə qayıdır - Füzuli, Cəbrayıl və Şuşada mərkəzlər yaradılacaq | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


DOST da Vətənə qayıdır - Füzuli, Cəbrayıl və Şuşada mərkəzlər yaradılacaq

Cəmiyyət A- A A+

“Hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Təmizlənmə prosesi başa çatandan sonra bütün qurumlar öz fəaliyyətini bərpa etməyə başlayacaq”.

Eurasia Diary xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial saat”da çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.

Onun sözlərinə görə, bununla bağlı dövlətin böyük planı var: "Həmin plana uyğun olaraq Cəbrayıl və ya Füzuli rayonlarının ərazisində böyük DOST regional mərkəzinin yaradılması, həmçinin də Şuşa şəhərində DOST filialının açılması nəzərdə tutulub”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...