Milli Qəhrəman Albert Aqarunovun şəhid olduğu tarixdən 29 il ötür | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Milli Qəhrəman Albert Aqarunovun şəhid olduğu tarixdən 29 il ötür

Cəmiyyət A- A A+

8 May Şuşanın işğal olunması ilə yanaşı həm də, Şuşa uğrunda son nəfəsinədək vuruşan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şəhadət mərtəbəsinə yüksəldiyi gündür.

Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin 8-ci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert, xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Qarabağ müharibəsi başlayarkən, 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə gedir. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır.

O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

Albert Aqarunov 1992-ci il may ayının 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

O, cəmi 23 il yaşamasına baxmayaraq öz qəhrəmanlığı, cəsurluğu ilə Azərbaycan tarixinin, əsgər yoldaşlarının və  komandirlərinin yaddaşında silinməz iz buraxıb.

Allah Rəhmət eləsin!

Yeniavaz.com

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...