İyirmi dostu ilə bir yerdə həlak olan qəhrəman "Şəkillərinə axşam baxdıq, səhəri gün şəhid xəbəri gəldi..."

Cəmiyyət 09:12 11.05.2021

Müharibədən əvvəl ermənilər bizim heç bir zaman müharibəyə başlamayacağımızı iddia edirdilər. Birinci Qarabağ müharibəsində Rusiyanın köməyi ilə torpağımızı işğal edən düşmən həmişə özlərinin döyüşkən, azərbaycanlıları isə qorxaq, döyüşə bilməyən toplum kimi təbliğ edirdilər. Eyni fikri, elə yaxınlığımızda olan digər dövlətlərin bəzi nümayəndələri də təkrar edirdilər.

Amma Vətən Müharibəsi başlayan kimi bu iddia, bu təbliğat yerlə-yeksan oldu. Hamı gördü ki, bu vətən uğrunda canını əsirgəməyən, yalın əllə döyüşə atılmağa hazır olan oğullarımız var. O oğullar ki, şücaətindən günlərlə danışmaq, günlərlə bəhs etmək olar. Belə qəhrəman oğullarımızdan biri də şəhid “maxe” İsmayıl Salmanovdur.  

Salmanov İsmayıl Rəhman oğlu 17 may 1997-ci ildə Füzuli rayonunun Alxanlı kəndində anadan olub. 2003-cü ildə Füzuli rayonu Zobcuq qəsəbəsində 5 saylı orta məktəbə gedib. Məktəbi bitirdikdən dərhal sonra – 2016-cı il iyulun 5-də Aprel döyüşlərinin təsiri altında könüllü şəkildə hərbi xidmətə yollanıb. Tərtərdə hərbi hissədə pulemyotçu olaraq xidmət edib. 2018-ci ilin yanvarında hərbi xidməti başa vuraraq evə qayıdıb. Amma vətən sevgisi, torpaq arzusu yenidən onu hərbiyə aparıb.

Tovuz döyüşləri zamanı general Polad Həşimovun ölümündən təsirlənən İsmayıl könüllü olaraq orduya yazılıb və 2020-ci ilin avqustunda könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətə başlayıb. Tərtər rayonu N saylı hərbi hissədə, “Mübariz Postu” deyilən yerdə qulluq edib. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan kimi döyüşlərə qatılıb. Müharibə başlayan ilk gündən qızğın döyüşlərdə “maxe” kəşfiyyatçı kimi xidmət edib. Cəbrayıl, Füzuli, Xocavənd rayonları, Hadrut qəsəbəsi, Ərgünəş yüksəkliyinin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. Amma tam qələbəni görmək ona qismət olmayıb. Müharibənin sonuna, ermənilərin təslim olmasına 15 gün qalmış – oktyabrın 24-də İlanlı dağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Düşmənin atdığı minomyot mərmisinin partlaması nəticəsində 21 nəfər həlak olub. Onlardan biri də İsmayıl olub.

Cəmi bir neçə gün sonra - mayın 17-də şəhid İsmayıl Salmanovun doğum günüdür. Ailəsi 24 ildə ilk dəfə onun doğum gününü özü olmadan keçirəcək.

İsmayılın ailəsi hazırda Zobcuq qəsəbəsində məskunlaşıb. Ailə kasıbçılıq içində, məcburi köçkün həyatı yaşayıb. Özündən savayı iki bacısı və bir qardaşı var. İsmayıl ailənin ikinci uşağı olub. Yaşının az olmasına baxmayaraq, ailəni dolandıran da daha çox o olub.

İsmayılın doğum günü ərəfəsində ailəsi ilə həmsöhbət olduq. Onun atası Rəhman dayı övladlarını fəhləliklə dolandırıb. İndi isə səhhəti işləməyə imkan vermir. Anası Yeganə xanım evdar qadındır. Böyük bacısı ailəlidir, kiçiyi məktəbdə oxuyur. Qardaşı isə məktəbi yenicə bitirib.

Rəhman dayı oğlu haqda çətinliklə danışır, qəhərlənir. Deyir ki, İsmayılın “maxe” kimi xidmətə başlamasından bir ay keçmişdi ki, müharibə başladı. Hazırlıq kursunu yenicə bitiribmiş.

“İsmayıl məktəbdə tərbiyəli, müəllimlərinə hörmət edən bir uşaq olub. Hərbi xidmətdə olduğu müddətdə özünü nizam-intizamlı hərbi qulluqçu kimi göstərib. Hörməti olub. Hərbidə də məşqlərdə yaxından iştirak edib. Komandirləri də, dostları da xətrini çox istəyiblər. Dostları hər dəfə onun qəhrəmanlığından danışırlar. Komandiri də deyir ki, çox qorxmaz oğlan olub, döyüşlərdə özünü irəliyə atırmış. Sentyabrın 27-də müharibə başlayandan sonra düz 3 gün onunla danışa bilmədik, əlaqə yox idi. Özümüzə yer tapmırdıq. Sentyabrın 30-da zəng elədi ki, yaxşıyam, narahat olmayın. Dedi ki, bir az başım qarışıqdı, danışa bilmirəm. Ondan sonra yenə 2 gün zəng eləmədi. Amma ardınca düz şəhid olduğu günə kimi hər gün zəng edib, danışmışıq. Biz ona ürək-dirək verməkdənsə, o bizə ürək-dirək verirdi. Deyirdi ki, qorxmayın, biz qabağa gedirik, biz qazanırıq. Torpaqları ala-ala gedirik, siz narahat olmayın. Anasına zəng edəndə deyirdi, nə gözəl yerləriniz var imiş, kəndiniz nə gözəl imiş. Gəlim, səni gətirəcəm kəndinizə”.

İsmayılın atasının əmisi Əkbər Salmanov da müharibə qəhrəmanı olub. İkinci Dünya müharibəsində Stalinqraddan Berlinə kimi döyüş yolu keçib. Bir çox orden və medallarla təltif olunub. Babası isə 1941-1945-ci il müharibəsində itkin düşüb. Dayısı isə Birinci Qarabağ döyüşlərində şəhid olub.

İsmayılın anası Yeganə xanım da əslən Qarabağlıdır. Xocavənd rayonunun Haxulu kəndindəndir. Oğlu barədə danışarkən ana tez-tez kövrəlir: “Balam bizə heç vaxt əziyyət verməyib. Hamıdan ötəri can yandırardı. Ata-anasına çox canıyanan olub İsmayıl. Elə uşaqlıqdan xasiyyəti gözəl idi. Çox sakit və ağıllı uşaq idi. Heç kimlə işi olmazdı. Hamıya qarşı mehriban və çox zəhmətkeş idi”.

“O qədər yanında danışmışam ki, övladım da deyirdi, kaş elə sənin vətənini görəydim ana. Vaxt gələr, böyüyərəm, gedərəm alaram o torpaqları. Səni özüm apararam vətəninə. O da bizə qismət olmadı (ağlayır). Axırıncı dəfə Ərgünəş dağından zəng edib demişdi ki, ana nə gözəl yerləriniz var imiş, səni ora aparacam. Orta məktəbi oxuyan zaman çox can atırdı ki, hərbçi olsun. Sevinə-sevinə gəldi ki, istəyirəm “Naxçivanskiyə” verim sənədlərimi. Biz qoymadıq. Fikirləşirdik ki, kasıbçılıqdı, birdən oxuda bilmərik. Ona görə gedə bilmədi. Əsgərliyini Tərtərdə “Mübariz postu”nda xidmət edib. Elə Mübariz kimi də (Milli Qəhrəman Mübariz İsmayılov – red.) qəhrəman olub, igidlik göstərib. Həmişə adı-sanı ucada olub. Həmişə bizə deyirdi ki, geridəyəm, amma hamıdan irəlidə imiş. Deyilənə görə, qabağa gedən, qəhrəmanlıq göstərən uşaq olub” – deyir, Yeganə ana.  

Nə ata, nə ana sona kimi fikirlərini çatdıra bilmir. Qəhər, göz yaşları danışmağa qoymur onları. Ata-anasının ağladığını görən bacısı Ayşən qardaşı haqqında danışmaq kimi ağır yükü üzərinə götürür. Hiss olunur ki, İsmayıldan iki yaş böyük olsa da, qardaşının onların üzərində sözü olub.

“İsmayıl ailədə çox canıyanan, özünü çox istədən, özünə hörmət qazanan uşaq olub. Heç vaxt istəməzdi ki, ata-anası əziyyət çəksin. Elə bir oğul olub. Həmişə hərbiyə getmək həvəsində idi. 9-cu sinifdə gəldi ki, ata “Naçıvanskiyə” yazılmaq istəyirəm, qoy gedim oxuyum. Atam razı olmadı. Nə bilərdi ki, belə olacaq? Uşaqlıqdan oynatdığı oyuncaqlar da demək olar ki, ancaq hərbiyə aid idi. Tapança, hərbi maşın istəyirdi.

Evlənməkdən söz düşəndə həmişə deyirdi, işləyim, özümə şərait qurum, maşın alım, ondan sonra o barədə fikirləşərəm. Ailəmiz kasıb ailə olub. Ana-atamın ümid yeri İsmayıl idi. Artıq əli çörəyə çatan vaxtda qisməti belə oldu. O bir həvəslə, arzularla girmişdi ki o işə, inanırsız? Danışdıqca ürəyim partlayır. Torpağı, vətəni azad etmək arzusundaydı.

Mənim balaca qızımı görmədi. Qızım anadan olanda orduya yazılmışdı. Həmişə deyirdi, gəlib görəcəm. “Gələndə dayısı ona hər şey alacaq” deyirdi. Hər dəfə zəng edəndə səsini eşidirdi, ancaq üzünü görmədi. Sonuncu dəfə bizlə danışanda “uşaqlardan muğayat ol” dedi. “Özünüzü, uşaqları qoru”, dedi. Ancaq bizi tapşırırdı. Biz ona deyəndə “özünü qoru”, cavab verirdi ki, “bizə görə qorxmayın, biz canavarlarıq. Mənim yanımda canavar kimi oğlanlar var. Bizə heç nə olmaz”. Amma qisməti belə gətirdi. 4 ay idi axrıncı dəfə görüşdüyümüz. 4 ay mən onun üzünü görmədim. Onun o formayla gələcəyi günü gözləyirdim ki, müharibə qurtaracaq, o formayla gəlişini görəcəm. Amma görə bilmədim, qismət olmadı. Mənimlə görüntülü danışmaq istəyirdi. Həmin vaxt internet olmadı ki, onunla danışaq. Şəkillərini qabaqcadan çəkib atmışdı. İnternet yox idi deyə, baxa bilmirdik. Şəkillərinə axşam baxdıq, səhərisi şəhid xəbərini eşitdik. O hissi yaşamaq bambaşqa bir şeydir. Allah daha heç kimə belə hissi yaşamağı qismət eləməsin. Qardaş itkisi ağırdır”.

Şəhid İsmayıl Salmanov Füzuli rayonu Alxanlı kənd qəbiristanlığında, körpə şəhid Zəhra və 1992-ci ildə şəhid olmuş dayısı ilə yanaşı uyuyur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasına görə və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir"
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Hamısı