“Müraciət olsa, Bakı və İrəvana kömək edərik” - Rusiya XİN-dən təklif | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


“Müraciət olsa, Bakı və İrəvana kömək edərik” - Rusiya XİN-dən təklif

Cəmiyyət A- A A+
Əgər hər iki dövlətdən müraciət daxil olarsa, Rusiya sərhəddəki gərginliyin nizamlanmasında Ermənistana və Azərbaycana kömək edəcək.

Eurasia Dairy Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Tərəflərin bizə kömək, yardım və vasitəçilik üçün müraciət etməsi normal vəziyyətdir. Nəzərə almaq lazımdır ki, Rusiya xüsusən də 9 noyabr və 11 yanvar tarixli bəyanatları hazırlamaq kontekstində təcrübəyə sahibdir. Buna görə də, tərəflərdən birindən deyil, bütün iştirakçılardan - mən Azərbaycan və Ermənistanı nəzərdə tuturam -, müraciət daxil olsa, əlimizdən gələn köməyi göstərməyə hazır olacağıq"- nazir müavini deyib.

Bundan əlavə, Rudenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin xarici işlər nazirlərinin 19 may tarixində Düşənbədə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edəcəyini söyləyib.

"Xarici işlər nazirləri gündəmdəki bütün məsələləri müzakirə etmək üçün Düşənbəyə toplanırlar. Bu məsələnin orada müzakirə ediləcəyini istisna etmirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...