Azad edilmiş ərazilərdə turizm marşrutları hazırlanır - Dövlət Turizm Agentliyindən açıqlama | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Azad edilmiş ərazilərdə turizm marşrutları hazırlanır - Dövlət Turizm Agentliyindən açıqlama

Cəmiyyət A- A A+

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb".

 Eurasia Diary Report-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional İnkişaf Sektorunun müdiri Elgün Cavadov deyib.

“Hazırda həmin ərazilərdə qiymətləndirmələr aparılır və nəticəsi təqdim ediləcək. Qarabağ, o cümlədən Şuşa şəhəri gələcəkdə turizm destinasiyası olacaq, həm yerli, həm də xarici turistlərin əsas maraq dairələsində olacaq. Bizim üçün də sevindirici haldır ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Arabian Tourism Market” – beynəlxalq turizm sərgisində Şuşanı təqdim edə bildik. Şuşa ilə bağlı planlar çoxdur”, - o deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...