Böyük əməliyyat baş tutdu - 6 milyard dollarlıq kokain yüklənmiş TIR … | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


Böyük əməliyyat baş tutdu - 6 milyard dollarlıq kokain yüklənmiş TIR …

Cəmiyyət A- A A+

Müstəqilliyi qismən tanınmış Kosovoda üç ölkə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində bazar dəyəri 6 milyard dollar olan 2.2 ton kokain ələ keçirilib.

Eurasia Dairy xəbər verir ki, tez-tez iri həcmdə kokain ələ keçirilən, narkomafiyaların faktiki nəzarətində olan və “Avropanın Kolumbiyası” hesab edilən Kosovoda bu əməliyyat Albaniya və İtaliya polisinin dəstəyi ilə həyata keçirilib.

Bildirilir ki, tonlarla kokain Kosovonun Durres limanından TIR-a yüklənib. Polis həmin TIR-ı təqib etməyə başlayıb və Priştina şəhərinə daxil olarkən saxlayıb. Polisin yaydığı görüntülərdə TIR-ın üzərindəki yazılar və dövlət nömrə nişanı bağlanıb. Kokainin Kosovoya hansı ölkələrdən keçirilərək gətirildiyi bilinmir. Ehtimal edilir ki, kokain daha sonra müxtəlif Avropa ölkələrində narkotacirlərə paylanmaq üçün daşınırdı.

Bu, son bir ayda Durres limanında aşkarlanan üçüncü iri kokain partiyasıdır.

Balkan marşrutu hazırda beynəlxalq narkomafiyanın istifadə etdiyi əsas transit marşrutudur. Bu marşrutun üzərində yerləşən Albaniya və Kosovoda təkcə bir il ərzində 10 tona yaxın kokain aşkarlanıb. Lakin bunlar həmin ölkələr üzərindən daşınan kokainin cüzi hissəsi hesab olunur.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...