Gürcüstanın paytaxtı Tbilisi şəhərinin televizya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Eurasia Diary xəbər verir ki, şəhərin əsas simvollarından birinin Azərbaycanın dövlət bayrağı rənglərində işıqlandırılmasının hansı münasibətlə olduğu hələ açıqlanmayıb.
Qeyd edək ki, teleqüllə son dəfə mayın 28-də - Respublika günündə Azərbaycan bayrağının rənglərinə bürünmüşdü.