“NTV-plus” və “Matç TV”-nin keçmiş şərhçisi, hazırda “Viasat Sport”da çalışan Aleksey Andronov Avro-2020 üçün akkreditasiya məsələsində Azərbaycanın tərəfini tutub.
Eurasia Diary xəbər verir ki, bu barədə sports.ru xəbər verib.
“Sadə bir şey insanlara nə vaxt çatacaq? Birincisi, gedəcəyiniz ölkənin qanunlarını pozmayın. İkincisi, İran möhürü ilə İsrailə getməyə cəhd edin, görüm alınır?”, - dedi.
Andronov əlavə etdi ki, gələn il Gürcüstanda basketbol üzrə Avropa Çempionatının finalı olacaq və çətin ki, Abxaziyaya səfər edən insanlar ora gedə bilsin.
“Krımı ziyarət edənlərin çoxu Kiyevdə Çempionlar Liqasının finalına düşə bilmədi. Özümüzün seçdiyi yoldur”, - deyə o, vurğulayıb.
Xatırladaq ki, Bakı Qarabağa qanunsuz səfərlər həyata keçirdən Nobel Arustamyan, Konstantin Qeniç və Mixail Mossakovskinin AVRO-2020 üçün akkreditasiyasını bloklayıb.