İmtahandan intihara...

Cəmiyyət 13:04 13.06.2021

Bir neçə gün öncə Gəncədə 17 yaşlı qız intihar edib. 2004-cü il təvəllüdlü Şəms Hüseynova özünü 7-ci mərtəbədən atıb. Ş.Hüseynova ağır vəziyyətdə Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin bütün səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qızın intiharına imtahanda zəif nəticə göstərməsi səbəb olub. Və bu, imtahanda zəif nəticə səbəbindən gənclərin həyatına son qoyması ilə bağlı ilk hadisə deyil...

Sözsüz ki, imtahan həyatımızın stressli bir hissəsidir. İmtahan varsa, müəyyən qədər imtahan qayğısının da olması təbii haldır. Hətta psixoloji cəhətdən ən dayanıqlı insanlar belə, imtahanlar zamanı streslə qarşı-qarşıya qalır. Bu mənada, imtahan verən yeniyetməyə dəstək olmaq xüsusilə önəmlidir. Burada da əsas məsuliyyət, yük valideynlərin üzərinə düşür.

Amma əfsuslar olsun ki, həyatının ən həlledici, qarışıq dövründə dəstək gözləyən yeniyetmə, bəzən dəstək əvəzinə təzyiq və təpki ilə üzləşir. “Səndən oxuyan olmaz”, “Çəkdiyimiz əziyyət, xərci yerə vurdun”,  “Qohumlara nə cavab verərik”, “Xalqın uşağı bu qədər bal yığıb”  və s. fikirlər imtahanlar dövründə bir çox yeniyetmənin üzləşdiyi ittihamdır. Bir çox hallarda da, tənə, təzyiq psixoloji durumu hələ tam formalaşmayan uşağın intihara əl atmasına gətirib çıxarır.

Mövzu ilə bağlı Eurasia Diary-yə psixoloq Mirkamil bildirib ki, ailənin, sosial çevrənin abituriyentə təzyiq göstərməməsi, dəstəkləməsi çox önəmlidir: “Bir insan imtahandan öncə nə qədər çox təzyiq altında olacaqsa, bir o qədər çox o təzyiqin stresini çəkmiş olacaq. Bu təzyiq yeniyetmənin bəzən özünü yanlış şəkildə qiymətləndirməsinə yol açır. Abituriyentin özü və yaxın çevrəsi imtahana nə qədər böyük və dəyişdirilə bilməyən anlam yükləyəcəksə, gərgin yaşamaq üçün qapını bir o qədər də açmış olacaq”.

Pxisoloq qeyd edib ki, abituriyentlər təkcə imtahan nəticəsi uğrunda mübarizə aparmır, həm də imtahandan öncə və sonrakı stresslə mübarizə aparır.

“Abituriyent imtahana "bu sondur, burada uğurlu olmalıyam" şəklində düşüncələrlə yükləndiyi zaman uğurun qapısını bir o qədər kilidləmiş olur. Həmçinin də burada qeyd etdiyimiz kimi, ailələr tərəfindən mənəvi dəstəyin çox böyük rolu var. İmtahana qədər ailələr abituriyentlərə "sən imtahandan keçməlisən. İmtahandan keçməsən gözümüzə görünmə. Hər şey ona bağlıdır. Sən etməlisən!" kimi ifadələri söyləməklə, ona əlavə qayğı yükləmiş olacaqlar. Gələcək hər zaman qeyri-müəyyən olur. Biz insanlar həyatda bəzən uğursuzluqlar da yaşaya bilirik. Bu uğursuzluqları öncədən "olmaz" kimi qatı düşüncələrlə yükləsək, uğursuzluq bir o qədər bizi bataqlığa sürükləyəcək. Həmçinin, ailələr abituryenti "səni tanıyıram, bacarmayacaqsan, sənlik deyil" kimi ifadələrlə xəyal qırıqlığına da uğradırlar” - deyə ekspert bildirib.

Psixoloq onu da vurğulayıb ki,  öncəliklə abituriyent və yaxın çevrələri imtahanlara həyatın sonuymuş kimi anlamlar yükləməkdən çəkinməlidirlər. Əlavə neqativ təsir göstərəcək təzyiqlərdən uzaq durmalıdırlar: “Hər bir mübarizənin sonu hər zaman qələbə deyil. Bəzən uduza biləcəyimiz ehtimalına da göz önündə tutmalıyıq. “Bir dəfə uğursuz olmaq hər zaman uğursuzluq gətirəcək” deyə bir qanunun olmadığını unutmamalıyıq. Bir uğursuzluğun sonra hətta daimi uğurların qapısını aça biləcəyini də nəzərə almalıyıq. İmtahanlar həyatımızda mühüm rol oynasa da, həyatımızda sadəcə bir imtahandan ibarət deyil. Bu şans bizə istədiyimiz qədər verilə bilir. Əsas odur ki, bunun son olduğunu düşünüb, yanlış addım atmayaq”.

Quliyeva Seyranə

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Hamısı