İranın Azərbaycandakı səfiri: Ağdam Xirosimaya bənzədilir, bu, həqiqətdir | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


İranın Azərbaycandakı səfiri: Ağdam Xirosimaya bənzədilir, bu, həqiqətdir

Cəmiyyət A- A A+

“Mən çox təəssüf edirəm ki, bu cür cənnət yerlər viranəyə çevrilib”.

Eurasia Diary-nin məlumatına görə, bunu Ağdamda səfərdə olan İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi bildirib.

Səfir deyib ki, Ağdamda hər şey dağıdılıb: “Ağdam hazırda Xirosimaya bənzədilir, bu, həqiqətdir. Arzulayıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam yenidən qurulsun, gözəl binalar tikilsin. İran da bu ərazilərdə abadlıq işlərində iştirak etməkdə maraqlı olduğunu bəyan edib”.

S. A. Musəvi qeyd edib ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, İran-Azərbaycan sərhədi dostluq sərhədidir: “İnşaallah, Azərbaycan və İran əl-ələ verərək bu torpaqları abad edəcək”.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...