Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzulidə açılışlarda iştirak ediblər - YENİLƏNİB - FOTOLAR | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzulidə açılışlarda iştirak ediblər - YENİLƏNİB - FOTOLAR

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər ediblər.

Eurasia Dairy xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.

Daha sonra Prezident və birinci xanım yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər. Dövlətimizin başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

Azərbaycan Prezidenti Füzuli rayonuna səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub. Prezident İlham Əliyevə avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

Həmçinin, dövlət başçısı iyunun 14-də Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub. Körpünün texniki göstəriciləri barədə prezidentə məlumat verilib.

Sonra İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Dövlət başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...