Daha bir hərbiçimiz şəhidlik zirvəsinə ucalıb | Eurasia Diary - ednews.net

25 İyul,


Daha bir hərbiçimiz şəhidlik zirvəsinə ucalıb

Cəmiyyət A- A A+

Vətən Müharibəsinin daha bir iştirakçısı şəhidlik zirvəsinə ucalıb. 

Eurasia Diary xəbər verir ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin səylərinə  baxmayaraq bu  gün dünyasını  dəyişib. 

Qeyd edək ki, təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə  alırdI.

Xatırladaq ki, Zeynal Şahhüseynov müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Allah rəhmət eləsin!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...