İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə media tur təşkil edilib.
Eurasia Diary xəbər verir ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və qardaş Türkiyədən gələn mühəndis-istehkamçıları minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri aparır.
Mediatur çərçivəsində jurnalistlər Füzulidə aparılan minatəmizləmə işləri ilə yaxından tanış olacaqlar.