Antitel analizləri üçün nə qədər ödəməliyik?

Cəmiyyət 12:08 18.06.2021

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən yoluxma risklərinin azaldılması məqsədilə bir sıra iş yerlərində COVID-19 pasportunun  tələb olunacağını açıqlayıb. Bura peyvənd olunanlara verilən vaksinasiya və ya xəstəliyi keçirənlərə verilən immunitet sertifikatı daxildir. Amma məlumdur ki, ölkədə virusa yoluxub qeydiyyata düşməyən və ev şəraitində sağalanların sayı rəsmi rəqəmlərdən çoxdur. Hətta onlardan bəziləri antitelin miqdarı ilə bağlı qan verərək analiz sənədi əldə ediblər. 

Həmin şəxslərə vaksinasiya və immun sertifikatının verilməsiylə bağlı hələ ki, rəsmi qərar yoxdur. Amma Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov saytımıza açıqlamasında qandakı COVID anticismi müsbət olan hər bir şəxsin tibbi cəhətdən peyvəndlənmiş şəxslərlə eyni kateqoriyada sayıla biləcəyini söyləmişdi. 

Bəs ümumiyyətlə, qanda anticisim nədir və nə vaxt yaranır? Onun miqdarını bilmək üçün hansı klinikalarda və neçəyə analiz vermək olar?

“Qafqazinfo” bu suallarla bağlı kiçik araşdırma aparıb. 

İnsan orqanizmində COVID-19 virusuna qarşı daha çox 2 tip anticisim əmələ gəlir. Bunlar SARS-Cov-2 İmmunoqlobulin G (İgG) və İmmunoqlobulin M (İgM) anticisimləridir. İmmunoqlobulin M anticismi qoruyucu deyil, daha çox aktiv fazada aşkarlanır. İmmunoqlobulin G isə xəstəliyin artıq keçirildiyini göstərir və daha çox 14-cü gündən sonra qanda pozitivləşməyə başlayır.

Bu analizləri hələ ki, ancaq özəl klinikalarda vermək mümkündür. Məlum oldu ki, dövlət xəstəxana və poliklinikalarında anticisim təyini ilə bağlı analizlər götürülmür. Qiymətlərə gəlincə, İmmunoqlobulin G anticisminin təyini 25-60 manat arasında dəyişir. Əlaqə saxladığımız özəl klinikalar arasında ən ucuz qiymət “Leyla Medical Center”dədir. Tibb müəssisəsində İgG anticisminin təyini 25 manatdır. Klinikada ayrıca İgM təyini isə aparılmır.

“Sağlam Ailə Ultralab”da İgG və İgM analizlərinin ayrı-ayrılıqda ödənişi 30 manatdır. 

“Biloji Təbabət” klinikasında ayrıca İgM analizi aparılmır. İmG ilə birlikdə qiymət 50 manat, ayrıca İgG isə 35 manatdır. 

Nəsrəddin Tusi adına Klinikada da ayrılıqda İgM analizi aparılmır. İkisi bir yerdə 60 manat, ayrıca İgG isə 30 manatdır. 

“Oksigen” Klinik Xəstəxanasında İgG və İgM analizlərinin hər birinin qiyməti 70 manatdır. 

“Caspian İnternational Hospital”da isə hər iki antitel təyini analizini vermək istəyənlər 90 manat xərcləməlidirlər. Bu klinikada İgG və İgM analizlərinin hər biri 45 manatdır. 

“Baku Medical Plaza”da həm İgG, həm də İgM analizinin ayrılıqda qiyməti 60 manatdır. 

Bakı Sağlamlıq Mərkəzində İgG analizinin qiyməti 60 manat, İgM analizinin qiyməti isə 40 manatdır. 

“İnci” Laboratoriyasında da hər iki analiz üçün ayrılıqda 35 manat tələb olunur. İkisi bir yerdə verildikdə isə bir qədər ucuz - 60 manata başa gəlir. 

Əlaqə saxladığımız əksər klinikalarda antitel təyini analizinin cavabı bir günə hazır olur. 

Qeyd edək ki, antitel təyini testi vermədən öncə ön hazırlığa ehtiyac yoxdur. Günün istənilən vaxtı verilə bilər və aclıq tələb olunmur.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı