Kəlbəcər rayonunda göldə boğulan Azərbaycan ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlu dəfn edilib.
Eurasia Diary Oxu.Az-a istinadən xəbər verir ki, o, Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, İ.Fərzəliyev iyunun 17-də Kəlbəcərdə göldə çimərkən boğularaq həlak olub.