Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb - FOTOLAR | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb - FOTOLAR

Cəmiyyət A- A A+

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb.

Eurasia Diary-nin məlumatına görə, iki gün ərzində keçiriləcək təlimin başlamasından əvvəl Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr admiral Sübhan Bəkirov çıxış edərək təlim barədə ümumi məlumat verib.

Kont admiral bildirib ki, iki mərhələ üzrə həyata keçiriləcək təlimlərdə hərbi dəniz qüvvələrinin döyüş dəstəsi, döyüş təyinatlı gəmiləri, təmin edici gəmilər dəstəsi və dəniz piyada briqadası iştirak edəcək. Bundan başqa təlimin keçirilməsi üçün 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və kater, iki vertolyot cəlb olunub.

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycan respublikasının hərbi, siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz boru kəmərlərinin monitorinqinin keçirilməsi və müxtəlif şəraitdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların yerinə yetirilməsi zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətlərinin işlənməsidir.
Təlimlər zamanı döyüş fəaliyyətinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi eyni zamanda gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılacaq.

Bundan əlavə Xəzər dənizinin Azərbaycan respublikasına məxsus sektorunda daxil olmuş şərti düşmənin məhv edilməsi, əlverişli əməliyyat rejiminin bərpa edilməsi və universal müdafiənin təşkili üzrə tapşırıqlar icra ediləcək.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...