Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və onun Əl-Cəzirə TV-də (İngiliscə) çalışan qızı Aysəba Umudlu ilə Mədəniyyət komitəsində görüşüb.
Eurasia Diary xəbər verir ki, Q.Paşayeva BAMF-ın istedadlı yaradıcı gənclər üçün bir ocaq və təcrübə meydanı olduğunu qeyd edib: “Əziz Aysəba, sən də, necə deyərlər, BAMF məktəbi keçmisən və Umud müəllimin yalnız fiziki deyil, mənəvi övladı, yetirməsi olaraq özünü doğrultmusan. Hal-hazırda Əlcəzirə TV-də çalışırsan və oradakı məsuliyyətli işinlə Azərbaycan gəncinin nə qədər peşəkar və vətənpərvər olduğunu bir daha göstərməkdəsən. Səni bütün uğurların münasibəti ilə təbrik edir, yeni uğurlar diləyirəm”!
Komitə sədri Aysəba Umudluya Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.