Qaxda su sexində güclü partlayış olub, ölən var - FOTOLAR | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Qaxda su sexində güclü partlayış olub, ölən var - FOTOLAR

Cəmiyyət A- A A+

Qaxda mineral su sexində partlayış olub, sexin işçisi faciəli şəkildə ölüb.
Eurasia Diary xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Süskənd kənd inzibati ərazisində yerləşən "Qax Mineral Su - İlham” firmasında baş verib.

Mineral su sexlərindən birinin sahəsində yerləşdirilən yüksək təzyiqlə sıxılmış oksigen balonu partlayıb. Balonun partlaması zamanı yaranan zərbənin gücündən firmanın ərazidə olan əməkdaşı, Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanov ağır xəsarətlər alaraq ölüb.

Hadisə baş verən an ərazidə olan sexin daha bir işçisi 1982-ci il təvəllüdlü Rizugər Mehman qızı Verdiyeva güclü stres keçirib. R. Verdiyeva müayinə üçün Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...