Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə Agentlik tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.
Qəza nəticəsində ölüm halı qeydə alınmayıb.
Sərnişinlərdən 7 nəfər xəsarət alıb. Bildirilib ki, xəsarət alanlara ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.