Koronavirusa son sutkada yoluxanların ənənəvi statistikası açıqlandı - Ölüm faktı olmayıb | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Koronavirusa son sutkada yoluxanların ənənəvi statistikası açıqlandı - Ölüm faktı olmayıb

Cəmiyyət A- A A+

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölüm faktı olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib. 841 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 879, bu günə qədər isə ümumilikdə 3 706 051 test icra olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...