TƏBİB-dən “Hindistan ştammı”ı açıqlaması | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


TƏBİB-dən “Hindistan ştammı”ı açıqlaması

Cəmiyyət A- A A+

“Koronavirusun müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır”.

Eurasia Diary xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bu günə kimi ölkədə “Hindistan ştammı” (Delta) rəsmi şəkildə qeydə alınmayıb.

“Bununla belə, epidemioloji vəziyyət nəzərə alınaraq, müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”, - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, koronavirusun “Hindistan ştammı”na indiyədək dünyanın 80-dən çox ölkəsində rast gəlinib. Bu ştamm artıq qonşu Gürcüstanda da qeydə alınıb.

“Hindistan ştammı” koronavirusun digər ştamlarına nisbətən daha sürətlə yayılması ilə fərqlənir.

Mütəxəssislər bununla belə, COVİD əleyhinə tətbiq olunan vaksinlərin eyni qaydada bu ştamma qarşı da effektiv olduğunu bildirirlər.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...