Silahlı Qüvvələr Günü münasibətilə Respublika Hərbi Prokurorluğunda tədbir keçirilib

Cəmiyyət 16:16 25.06.2021

İyunun 25-də Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin iştirakı ilə Hərbi Prokurorluqda tədbir keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Hərbi Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilərək Silahlı Qüvvələrimizin 103-cü ildönümünün ölkəmizin hər bir diyarında üçrəngli bayrağımızın dalğalanması sevinci və təntənəsi ilə qeyd edildiyini bildirib.

Böyük Zəfərin əldə edilməsində Ölkə Başçısının həyata keçirdiyi köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir ordunun formalaşdırılması mühüm rol oynamaqla yanaşı həyata keçirilən effektiv xarici siyasətin hərbi-siyasi qələbəmizi şərtləndirməklə ölkəmizin regional liderliyini birmənalı təsbit etdiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, döyüş meydanında uğurların əldə edilməsində aparılmış islahatlarla yanaşı, hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, onların sosial və məişət məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, eləcə də Dövlət Başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri olmuşdur ki, bütün bunlar vətən uğrunda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini daha da artırıb.

Sevindirici haldır ki, müharibədən sonra da bu diqqət ən yüksək səviyyədə göstərilməklə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, qazilər, eləcə də müharibə iştirakçıları Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunub, onların maddi-sosial problemlərinin aradan qaldırılması istiqamətində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” fondunun yaradılması bu baxımdan mühüm əhəmiyyətə malik olub.

“Qarabağ Azərbaycandır və nida” devizini gerçəkliyə çevirən ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə və digər azad olunmuş rayonlara səfərləri, orada üçrəngli Azərbaycan bayrağının ucaldılması, Füzuli-Şuşa, Bərdə-Ağdam, Zəngilan-Horadiz avtomobil yollarının, həmçinin Füzuli və Zəngilan beynəlxalq hava limanlarının təməlinin qoyulması, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqinin doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi olduğu bildirilib.

Xüsusi vurğulanıb ki, Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamə Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni mərhələyə yüksəldib.

Tədbirdə hərbi-siyasi qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyi, xüsusən döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün olan bütün istintaq-əməliyyat tədbirlərini uğurla icra etdiyi qeyd edilməklə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 38 prokurorluq əməkdaşının, o cümlədən hərbi prokurorluq orqanlarının 9 əməkdaşının yüksək dövlət mükafatları - orden və medallarla təltif edilməsinin Azərbaycan Prokurorluğuna Dövlət başçısı tərəfindən göstərilən inamın ifadəsi və dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək etimad kimi dəyərləndirildiyi bildirilib.

Qeyd edilib ki, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin böyük əhəmiyyəti olub.

Hərbi Prokurorluq orqanları qarşısında duran vəzifələrin önəmini diqqətə çatdıran Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılmasının dövlət siyasətinin prioritetini təşkil etdiyini bildirməklə Ölkə Başçısının Sərəncamı ilə həmin ərazilərdə yaradılmış yeni hərbi prokurorluqların qısa zamanda fəaliyyətə başlamasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Baş prokurorun müavini – Respublika Hərbi prokuroru Xanlar Vəliyev hərbi prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirməklə qurumun qarşısında duran vəzifələrin həyata keçirilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

Tədbirin sonunda Baş Prokurorluq üzrə müvafiq əmrlə həvəsləndirilmiş bir qrup əməkdaşa mükafatlar təqdim edilməklə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivinin qanunçuluğun və hüquq qaydasının, o cümlədən Silahlı Qüvvələrdə nizam-intizamın daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və cinayətkarlığa qarşı mübarizə istiqamətindəki səmərəli fəaliyyətinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Hamısı