Növbəti 18 ay pandemiya təsirlərinin aradan qaldırılması və əsas hədəflərə çatmaq üçün fəaliyyətin artırılması üçün qlobal səylərdə əsas rol oynayacaq

Pandemiya inkişaf prosesinin onilliklər ərzində əldə olunan nailiyyətləri silsə də, cavab tədbirləri DİM-lər naminə tərəqqini sürətləndirmək üçün qlobal öhdəliyin təzələndiyini göstərir

Cəmiyyət 19:31 06.07.2021

Birləşmiş Millətlər Təşkilatının bu gün dərc etdiyi Dayanıqlı İnkişaf Məqsədləri Hesabatı 2021-ə əsasən COVID-19 pandemiyasının bütün dünya əhalisinə vurduğu ziyanı nəzərə alaraq, daha çox ölkə və icmalar Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün səyləri artırmağın lazım olduğunu qəbul edirlər.

Qarşıdakı 18 ay ərzində verilən qərarlar və görülən işlər pandemiya ilə bağlı bərpa planlarının qlobal səviyyədə razılaşdırılmış, ətraf mühiti qorumaqla iqtisadi inkişaf və sosial rifahın artımı hədəflərinə çatmaq üçün dünyanı lazımi məcraya qaytarıb-qaytarmayacağını təyin edəcək.

DİM-lərə nail olmaq üçün qlobal səyləri izləyən hesabata əsasən, COVID-19 insanların həyat və qazanclarına əhəmiyyətli ziyan vurub. Pandemiyadan əvvəl belə DİM-lərə nail olmaq üçün tərəqqinin yavaş olduğu halda, 2020-ci ildə əlavə 119-124 milyon insan yoxsulluq səviyyəsinə düşüb. 255 milyona bərabər tam ştat iş yeri itirilib. Aclıqdan əziyyət çəkən insanların sayı pandemiyadan əvvəl də artırdı. Pandemiyaya görə isə onların sayının təxminən 83-132 milyon artdığı ehtimal olunur.

Pandemiya ölkədaxili və ölkələrarası bərabərsizlikləri üzə çıxarıb və daha da dərinləşdirib. 17 iyun 2021-ci il tarixinə olan məlumata əsasən, Avropa və Şimali Amerikada hər 100 nəfərdən təxminən 68-nin peyvənd olunduğu halda, sub-Sahara Afrikasındakı bu göstəricini orta hesabla 2 nəfərdən də azdır. Növbəti on il ərzində pandemiyaya görə 10 milyona qədər qız uşağının erkən nikaha girmə riski var. Beynəlxalq turizmin çökməsi inkişafda olan kiçik ada ölkələrinə qeyri-mütənasib dərəcədə təsir edir.

2020-ci ildəki iqtisadi yavaşlama iqlim böhranının azalmasına az təsir edib. Əsas istixana qazlarının konsentrasiyaları artmağa davam edib, qlobal ortalama temperatur isə sənaye öncəsi səviyyələrdən təxminən 1,2°C daha yüksək olmaqla Paris Sazişində müəyyən edilmiş 1,5°C həddinə çox yaxınlaşıb.

2019-cu illə müqayisədə 2020-ci ildə birbaşa xarici investisiyaların qlobal axını 40% azalıb. Pandemiya, xüsusilə inkişaf etməkdə olan ölkələrə dərin maliyyə problemləri yaradıb. Onların borcu əhəmiyyətli dərəcədə artıb.

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının bütün Üzv Dövlətlərinin qəbul etdiyi 2030 Gündəliyi bu gün və gələcəkdə insanlar və planet üçün barış və firavanlıq naminə ortaq plan təqdim edir. İqlim dəyişikliyi ilə mübarizə apararkən, okeanlarımızı və meşələrimizi qorumaqla bərabər səhiyyəni və təhsili yaxşılaşdırmaq, bərabərsizliyi azaltmaq və iqtisadi artıma təkan verməyi hədəfləyən 17 Məqsəd bu gündəliyin əsasının təşkil edir.

Hesabata əsasən, 2030 Gündəliyinin icrasını lazımi məcraya qaytarmaq üçün hökumətlər, şəhərlər, bizneslər və sənaye müəssisələri bərpa proseslərini aşağı karbon emissiyalı, dayanıqlı və inklüziv inkişaf yollarını qəbul etmək üçün istifadə etməlidirlər. Bu onlara karbon emissiyasını azaltmağa, təbii ehtiyatları qorumağa, daha yaxşı iş yerləri yaratmağa, o cümlədən gender bərabərliyini inkişaf etdirməyə və artmaqda olan bərabərsizliklərlə mübarizə aparmağa imkan verəcək.

“Bəşər tarixinin həlledici dövrünü yaşayırıq. Bu gün qəbul etdiyimiz qərar və hərəkətlərin gələcək nəsillərə ciddi təsiri olacaq” – BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti üzrə Baş katibin müavini Liu Jenmin bildirib. “Pandemiyadan çıxarılan dərslər, çağdaş və gələcək problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Gəlin fürsətdən istifadə edək, DİM-lərə nail olmaq və Paris İqlim Sazişi üzrə uğurlara imza atmaq üçün növbəti onilliyi fəaliyyət, transformasiya və bərpa dövrü edək.”

Pandemiya ilə mübarizə səyləri həm də cəmiyyətlərin ciddi dayanıqlığını, hökumətlərin qətiyyətli fəaliyyətini, sosial müdafiənin sürətlə genişlənməsini, rəqəmsal transformasiyanın sürətlənməsini, habelə qısa müddətdə həyatları xilas edən peyvəndlər və müalicələrin inkişafı sahəsində unikal əməkdaşlığı nümayiş etdirdi. Hesabata əsasən, belə nailiyyətlər DİM-lər üzrə tərəqqini sürətləndirmək üçün möhkəm əsas yaradır.

Bir sıra əlavə faktlar və statistika:

  • Qlobal kəskin yoxsulluq həddi 1998-ci ildən etibarən ilk dəfə artıb. Bu rəqəm 2019-cu ildə 8.4%-dən 2020-ci ildə 9.5%-ə yüksəlib.
  • 2020-ci il fevralın 1-dən dekabrın 31-nə kimi dünya ölkələri COVID-19 böhranına cavab olaraq əksəriyyəti qısamüddətli olmaqla 1600-dən çox sosial müdafiə tədbiri həyata keçirib.
  • Pandemiya ilə bağlı şoklar böyük ehtimalla uşaqlar arasında boy artımının ləngiməsi hallarının artmasına səbəb olacaq. Artıq hər beş uşaqdan bu problemlə üzləşir.
  • Pandemiya səhiyyə sahəsində tərəqqini dayandırıb və ya geriləməyə səbəb olub, habelə bu xəstəliklə bərabər digər ciddi təhlükələr yaradıb. Ölkələrin təxminən 90%-i hələ də əsas səhiyyə xidmətlərinin göstərilməsində bir və ya daha çox problemin olduğunu bildirirlər.
  • COVID-19 pandemiyasının məktəblərə təsiri ‘bütöv nəsil fəlakətinə’ çevrilib. Son iyirmi ildə əldə olunan təhsil nailiyyətlərini sıfıra endirən pandemiya əlavə 101 milyon uşaq və gəncin minimal oxuma bacarığı səviyyəsindən aşağı düşməsinə səbəb olub.
  • COVID-19 pandemiyası gender bərabərliyinə doğru tərəqqiyə mənfi təsir göstərib: qadınlara və qızlara qarşı şiddət artmış; erkən nikahların artması gözlənilir; qadınlar iş yerlərinin itkisi və ailədaxili qayğı yükünün artması baxımından qeyri-mütənasib çətinliklərə məruz qalıb.
  • 2019-cu ildə 759 milyon insan elektrik enerjisiz və qlobal əhalinin üçdə biri yemək bişirmək üçün təmiz yanacaq və texnologiyalarından məhrum qalıb.
  • Çin və ABŞ-da iqtisadi bərpa prosesi davam edir. Lakin bir çox digər ölkələr üçün iqtisadi artımın pandemiyadan öncəki səviyyəyə qayıtması 2022 və ya 2023-cü ildən tez gözlənilmir.
  • Dünya biomüxtəliflik itkisini dayandırmaq üçün 2020 hədəflərinə çatmadı. 2015-2020-ci illər ərzində hər il 10 milyon hektar meşənin itirilir.
  • İnkişaf üçün yardımın xalis məbləği 2020-ci ildə ümumilikdə 161 milyard dollara qədər yüksəlsə də, bu vəsait COVID-19 böhranına cavab vermək üçün tələb olunan məbləğdən və bu işlər ümummilli gəlirin 0.7%-nin ayrılması hədəfindən xeyli azdır.
  • 2020-ci ildə 132 ölkə və ərazi milli statistik plan tətbiq edib, onların 84-ü tam şəkildə maliyyələşdirilib. Ən zəif inkişaf etmiş 46 ölkənin yalnız 4-də tam maliyyələşdirilmiş milli statistika planı mövcuddur.

Hesabata əsasən bərpa tədbirləri həmçinin siyasətin formalaşdırılması üçün mühüm olan məlumatların mövcudluğundan asılı olacaq. Məlumatların toplanması üçün beynəlxalq və daxili mənbələrin səfərbər edilməsi ilə kifayət qədər maliyyənin təmin edilməsi bu səylərin tətbiqi üçün mühüm rol oynayacaq.

2021 Dayanıqlı İnkişaf Məqsədləri Hesabatını aşağıdakı mənbədən tapa bilərsiniz:

https://unstats.un.org/sdgs/report/2021/

Mətbuat üçün brifinq

Hesabatla bağlı brifinq 6 iyul tarixində Bakı vaxtı ilə saat 20:15-də başlayacaq. Yayım http://webtv.un.org/ üzərindən təşkil olunacaq.

DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNƏ DAİR HESABATLAR HAQQINDA

İllik hesabatlar əldə olunan tərəqqi sahələri və DİM-lərə nail olmaq üçün daha çox tədbirlərin görülməsi tələb olunan istiqamətlər də daxil olmaqla, dünyanın bu günə qədər məqsədlərə çatmaq üçün tətbiq etdiyi səyləri əks etdirir. Hesabatları BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti beynəlxalq və regional təşkilatlar, BMT sistemi, fondlar və proqramlardan daxil olan məlumatlar əsasında hazırlayır. Hesabatların tərtibatı prosesində milli statistika mütəxəssisləri, vətəndaş cəmiyyəti və elmi dairələrin nümayəndələri də iştirak edir.

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Hamısı