Anasının qisasını ermənilərdən alan polkovnik Kəlbəcər yataqlarını ilk dəfə o çəkmişdi

Cəmiyyət 12:31 12.07.2021

Ağdam şəhərində doğulmuşdu, doğma şəhəri işğal edilən zaman anası şəhid oldu, o isə bu zaman Ağdam yaxınlığında, Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edirdi. Gecikmişdi, nə anasını, nə doğma şəhərini xilas edə bilməmişdi. Bəs daha nə üçün yaşayır, nə üçün döyüşürdü?! Bu barədə çox düşündü və sonda onu bundan sonra yaşadan sadəcə iki amalın qaldığını anladı: Vətən və Qisas. Onu dünyaya gətirən anasını itirmişdi, mənəvi anası olan Vətəni isə işğalla üz-üzə qalmışdı. Bu gündən sonra o sadəcə qisası düşünür, vətən torpağının azad edilməsi yolunda canı bahasına xidmət etməyi arzulayırdı. Tanrı ona həm anasının qisasını almağı, həm də tək amalı və sevgisi olan Vətəni uğrunda şəhid olmağı nəsib etdi, o, “Murov Qartalı”, polkovnik Raquf Orucov idi...

İyulun 12-də Aprel döyüşlərində xüsusi şücaəti ilə fərqlənən və şəhidlik zirvəsinə ucalan məşhur kəşfiyyatçı Raquf Orucovun doğum günüdür. O, 1972-ci il 12 iyulunda Ağdam rayonunun Cinli kəndində anadan olub. Yaşasaydı 49 yaşı tamam olacaqdı... Olmadı, onun taleyinə doğulub boya-başa çatdığı Ağdamı azad görmək yazılmamışdı...

“Murov Qartalı” ləqəbli məşhur kəşfiyyatçının tərcümeyi-halı çoxlarına sirr olmasa da haqqında bir neçə kiçik məlumatı qeyd edək:

1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub. Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb.

1993-cü ilin 12 iyununda rus-erməni ordusu Qarabağın əksər yaşayış məntəqələri kimi Ağdam rayonunun Cinli kəndini işğal etdi. İşğal nəticəsində Raquf Orucovun anası Raya xanım namərd düşmən gülləsindən şəhid oldu.

Ali Hərbi Məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə xidmətə üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağda alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.

Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub. Düşmənlə qəhrəmancasına vuruşan Raquf Orucov şəhid olub. 2016-cı il aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıt şəhərində keçirilən dəfn mərasimində minlərlə insan iştirak edib. O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

R. Orucova “Murov Qartalı” ləqəbini qazandıran Murov silsilələrində çox çətin relyefdə uğurla həyata keçirdiyi əməliyyatlar olub. Bu əməliyyatlardan bəlkə də ən vacibi əsir düşmüş 7 əsgərimizin geri qaytarılması idi. 1995-ci ilin oktyabrında Murovda xidmət edən 7 hərbi qulluqçumuz kəskin duman nəticəsində yolunu azmış və düşmənə əsir düşmüşdülər. Müdafiə Nazirliyi hadisədən xəbər tutan kimi ordumuzun əlində olan erməni əsirlərlə əsgərlərimizi dəyişmək barədə göstəriş verdi, lakin o zaman ordunun əlində erməni əsir yox idi. Beləliklə, kəşfiyyat taboruna hədəf görünmüşdü, erməni tərəfindən bir neçə nəfər əsir götürülməli və onlarla girov götürülən əsgərlərimiz dəyişdirilməli idi. Bu əməliyyat R. Orucova tapşırıldı. O zamanlar hələ kiçik leytenant rütbəsində olan Orucov 6 nəfərlik kiçik kəşfiyyat qrupu yaradaraq Murov dağından keçib Kəlbəcər istiqamətinə yollanır. Qeyd edək ki, Murov dağı kimi çətin relyefi və sərt təbiəti olan bir yerdə düşməndən əsir götürmək və onları canlı şəkildə təyin edilmiş yerə gətirmək olduqca mürəkkəb, bəlkə də, mümkün olmayan tapşırıq idi. Kiçik leytenant Orucov üçün isə bu bir qisas məsələsi idi. O, müharibədə anasını xilas edə bilməmişdi, lakin bu gün öz kiçik qardaşları hesab etdiyi əsgərləri xilas etmək onun üçün anasını azad etmək qədər önəmli idi.

Orucov könüllü şəkildə bu tapşırığı qəbul etmiş və əməliyyata yollanmışdı. Bu onun öz taleyindən aldığı qisas olacaqdı... Nəhayət, onun komandanlığı altında 6 nəfərlik kəşfiyyat qrupu Murov silsiləsini keçib Kəlbəcərdəki qızıl mədənlərinə çatdılar. Qeyd edək ki, bu gün ordumuzun nəzarəti altında olan Kəlbəcərdəki Zod qızıl yatağının işğaldan sonra ilk foto şəkilləri bu əməliyyatda R. Orucov tərəfindən çəkilmişdi. Orucovun kəşfiyyat qrupu bir qədər də irəli getdikdən sonra aşağıdakı yamacda ermənilər öz işləri ilə məşğul idilər. Kəşfiyyatçılarımız bir qədər gözləyirlər, axşam qaranlıq düşənə yaxın ermənilərin əksəriyyəti ərazini tərk etsələr də, 3 kişi hələ də orada idi. Bu zaman Raquf Orucov bir qədər də ermənilərə yaxınlaşaraq “Zil” markalı avtomaşının arxasına keçərək əli ilə kabinədə tək oturmuş erməninin ağzını qapayır. Dərhal kəşfiyyat qrupunun üzvlərinə “İrəli!” işarəsini verir, hərbçilərimizin gözlənilməz gəlişindən qorxuya düşən digər iki erməniyə isə “səsinizi çıxarsanız gülələyəcəyik” deyir. Vəziyyətin nə yerdə olduğunu anlayan ermənilər heç bir müqavimət göstərmədən təslim olurlar. Raquf Orucovun başçılıq etdiyi Azərbaycan kəşfiyyat qrupunun üzvləri dərhal 3 ermənini də özləri ilə götürərək geriyə - Azərbaycan Ordusunun nəzarətində olan əraziyə doğru qayıdırlar.

Komandanlığın əmri əsasında verilmiş əməliyyat tapşırığını uğurlu yerinə yetirərək girov götürdükləri 3 ermənini də xidmət etdikləri briqadaya gətirən Raquf Orucov və onun kəşfiyyatçı əsgərləri burada əsl qəhrəman kimi qarşılanır. Çünki bu, həqiqətən də Qarabağ müharibəsində uğurla həyata keçirilən ən nadir əməliyyatlardan biri hesab olunurdu. Məhz bu uğurlu əməliyyat nəticəsində düşmənə əsir düşmüş 7 Azərbaycan əsgəri tezliklə və çox asanlıqla azad edildi. Həmçinin Raquf Orucovun çox çətin və son dərəcə riskli olan bu əməliyyatın öhdəsindən uğurla gəlməsi Azərbaycan Silahlı Qüvvələrinə düşmənin gücü və mövqeləri barədə daha dəqiq, zəngin və xüsusi hərbi əhəmiyyətli məlumatlar qazandırmışdı.

“Murov Qaratlı” Raquf Orucov bu və bunun kimi onlarla kəşfiyyat əməliyyatlarını uğurla həyata keçirmiş, düşmənin yüzlərlə canlı hədəfini, texnikasını sıradan çıxarmış və 4 günlük Aprel müharibəsində də misilsiz şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdı. Həm şəhid övladı, həm də şəhid kimi millətimizin qəlbində xüsusi yeri olan Raquf Orucovu dərin hörmət və ehtiramla anırıq.

Vətən sağ olsun.

Vətən dediyimiz Raquf kimi aslan oğullar və onları dünyaya gətirən Raya xanım kimi aslan ürəkli analar deyilmi?!

Nicat İsmayılov

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
Hamısı