Bakı və Abşeronda havada tozun miqdarı sanitar normanı 4.3 dəfə keçib | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Bakı və Abşeronda havada tozun miqdarı sanitar normanı 4.3 dəfə keçib

Cəmiyyət A- A A+

İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...