Eurasia Diary xəbər verir ki, Bakıdakı Rus Evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) 22 İyul Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə yerli xəbər agentlikləri və portallar, qəzet və telekanalların nümayəndələri iştirak ediblər.
"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin tədbirlərinin fəal işıqlandırılmasına görə minnətdarlığını bildirib. O əlavə edib ki, RİMM-nin işinin qarşılıqlı faydalı Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsinə yönəlib.
Sonra Fəxri Diplomların təqdimatı olub.
Tədbirdə Eurasia Diary-nin müxbiri Cəmilə Çebotareva "Rossotrudniçestvo"nun Azərbaycandakı Nümayəndəliyinin - Bakıdakı Rus Evinin fəaliyyətinin işıqlandırılmasında aktiv fəaliyyətə görə" fəxri diplomla təltif olunub.