ANAMA-nın təsis edilməsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət 20:36 23.07.2021

İyulun 23-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təsis edilməsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA-nın 1998-ci il iyulun 18-də ulu öndər Heydər Əliyevin Sərəncamı əsasında yaradıldığını bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə işləri ilə bağlı fəaliyyətləri planlaşdırmaq, əlaqələndirmək, idarə və nəzarət etməklə bərabər həm də səlahiyyətli orqan qismində hökumətin bu sahə üzrə əsas icraçı qurumudur. İyirmi üç il ərzində əraziləri mina və partlamamış hərbi sursatlardan təmizləyərək istifadəyə verən ANAMA çətin və şərəfli yol keçib. Agentlik Azərbaycanda və xaricdə bir çox layihələri uğurla həyata keçirib.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək işğal altındakı ərazilərimizi azad etdi. Bu qələbədən sonra ANAMA-nın qarşısında yeni çağırışlar və məqsədlər müəyyənləşdirilib. Otuz il ərzində işğal altında olmuş ərazilərimizdə xeyli sayda mina və hərbi sursat basdırılıb. Azad olunmuş ərazilərdə artıq yenidənqurma işlərinin, infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Bütün bu işlərdə ANAMA-nın üzərinə böyük məsuliyyət düşür. Çünki işlərin görüldüyü ərazilərdə külli miqdarda mina basdırılıb. ANAMA yeni hədəflərə doğru irəliləyir. Bu hədəflərə çatmaq üçün insan və maddi-texniki potensialın artırılması istiqamətində addımlar atılır.

Məlumat verilib ki, bu ilin yanvarından bu günədək 3072 hektar ərazi minalardan və partlamamış hərbi sursatdan təmizlənib. Bu dövrdə piyada əleyhinə 3202, tank əleyhinə 1522 mina və 7625 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Noyabrdan bu günədək isə 3647 hektar ərazi təmizlənib və istifadəyə verilib. Həmçinin piyada əleyhinə 8791, tank əleyhinə 4012 mina və 9633 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

“Təəssüf ki, biz mina hadisələrinin fəsadlarını tez-tez görürük. Vaxtaşırı hadisələr baş verir. Bu günədək mina hadisələri nəticəsində 37 nəfər xəsarət alıb, 19 nəfər həlak olub. Bu, ancaq mülki şəxslərə aid olan məlumatdır. Bundan başqa, hərbçilərimiz arasında da itkilər olub”, - deyə Vüqar Süleymanov bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, Qarabağa Dönüş Təşkilatının sədr müavini Gülməmməd Məmmədov, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev, sədr müavini Emil Həsənov, katibi Hafiz Səfixanov və digərləri çıxış edərək Agentliyin yaradılmasının 23-cü ildönümü münasibətilə təbriklərini çatdırıb, işğaldan azad olunmuş ərazilərimizdə minalardan təmizlənməsi, təhlükəsiz vəziyyətə gətirilməsi işində Agentliyin əməkdaşlarına uğurlar arzulayıb, minaaxtaranlarımızın bu işin öhdəsindən uğurla gəldiklərini bildiriblər. ANAMA-nın qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inandıqlarını vurğulayan natiqlər əhalinin maarifləndirilməsi məsələlərinin bundan sonra daha da sürətləndiriləcəyini qeyd ediblər.

Sonra qurumun ötən illər ərzində qazandığı təcrübə və nailiyyətlər, eləcə də dövlət prioritetlərinə əsasən icra edilən minatəmizləmə fəaliyyəti barədə məlumat və videoçarx təqdim olunub.

Tədbir çərçivəsində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncamının icrasının təmin olunması, “Böyük qayıdış” istiqaməti üzrə Qarabağa qayıdan ilk sakinlərimizin mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirilməsi, təhlükəli ərazilərdə əsas davranış qaydaları ilə bağlı təlimlərə cəlb olunması yönümündə fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, həmin sakinlərin doğma yurdlarına qayıdışı Zəngilan rayonunda reallaşdırılan “Ağıllı kənd” layihəsi çərçivəsində həyata keçiriləcək.

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

ABŞ yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
02:25 17.04.2024
Millimizin heyəti AÇIQLANDI - SİYAHI
01:00 17.04.2024
BƏƏ-də leysan yağışlarına görə yollar bağlanıb, aviareyslər təxirə salınıb
00:07 17.04.2024
Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib
23:44 16.04.2024
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
23:23 16.04.2024
Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurladı - VİDEO
23:22 16.04.2024
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
23:08 16.04.2024
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
23:00 16.04.2024
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
22:40 16.04.2024
Körfəz ölkələri daşqınların əsarətində - VİDEO
22:30 16.04.2024
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Hamısı