Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan açıqlama | Eurasia Diary - ednews.net

28 Sentyabr, Çərşənbə axşamı

Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan açıqlama

Cəmiyyət A- A A+

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir:

“Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə sərt qapanmalara gedilməyəcək”.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...