Bu gün Fəxrəddin Manafov üçün özəl gündür | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Bu gün Fəxrəddin Manafov üçün özəl gündür

Cəmiyyət A- A A+

Bu gün Azərbaycanın Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafovun doğum günüdür.

EDNews.net-in məlumatına görə, aktyorun 66 yaşı tamam olur.

Qeyd edək ki, Fəxrəddin Manafov 1955-ci ildə Xankəndidə anadan olub.

1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə çəkilib.

1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülub.

Aktyor bir çox filmlərdə rol alıb. Ən sevilən obrazı isə "Təhminə" filmindəki Zaurdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...