Azərbaycanda benzin BAHALAŞDI | Eurasia Diary - ednews.net

23 Sentyabr, Cümə axşamı

Azərbaycanda benzin BAHALAŞDI

Cəmiyyət A- A A+

“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.

EDNews.net xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.

O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:

 “Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı. 

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti də 5 qəpik artraq 1,45 AZN olmuşdu. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...