Nazirlikdən Sumqayıtdakı kəskin qoxunun səbəbi ilə bağlı açıqlama

Cəmiyyət 15:58 03.08.2021

“Çox təəssüflə qeyd etməliyik ki, Sumqayıt şəhərində havanın tüstülü olması, bunun bəzən iy və qoxu ilə müşayiət olunması atmosferin vaxtaşırı çirklənməsi ilə müşahidə olunur”.

EDNews.net xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, məsələ barədə dəfələrlə ETSN tərəfindən Sumqayıt məişət tullantılarının idarə olunması poliqonunda ciddi nöqsanların olduğu yerli icra orqanlarının nəzərinə çatdırılıb:

“Həmin poliqonun idarə edilməsi ilə məşğul olan “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC cərimələnib. Təkcə 2020-ci ildə bu poliqonu idarə edən hüquqi şəxs 6 800 manat cərimələnib, dəfələrlə məcburi göstəriş verilib.

2021-ci ilin yeddi ayında beş akt, iki inzibati protokol tərtib edilib. Son dəfə isə yenidən bir neçə gün öncə 4 800 manat məbləğində cərimə tədbiri tətbiq edilib. Lakin bu cərimələrlə problem həllini tapmır. 

Bu gün biz həmin əraziləri monitorinq etdik və müəyyən edildi ki, orada yanğın baş verməsə belə, dəm qazının miqdarı normadan dəfələrlə artıqdır. Bunun da nəticəsində tüstülənmə baş verir ki, öz növbəsində bu da şəhər ərazisində xoşagəlməz iy qoxunun yayılmasına gətirib çıxarır”.

O qeyd edib ki, bu məsələni həll etmək üçün ilk növbədə müasir tələblərə cavab verən poliqon yaradılmalıdır:

“Bundan əlavə məişət tullantıları çeşidlənməlidir. Bu halda indiki müşayiət etdiyimiz problem olmayacaq. Məişət tullantılarının necə gəldi basdırılması nəticəsində torpağın alt qatlarında gedən proseslər nəticəsində öz-özünə alışma baş verir.

Bilirsiniz ki, Balaxanıda müasir standartlara cavab verən tullantıların idarə edilməsi poliqonu fəaliyyət göstərir. Əgər Sumqayıtda belə bir poliqonun yaradılmasına hazırda maddi imkan yoxdursa belə, yerli icra orqanları tullantıların Balaxanı poliqonuna daşınması haqqında düşünə bilər. 

Həmçinin bəzi müəssisələr bizim quruma da müraciət edib ki, tullantıların yandırılması üçün onlarda şərait var. Həmin müəssisələrlə danışıqlar aparıla bilər.

Müəyyən pilot layihələr hazırlaya bilərlər. Məsələn, keçən ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 37 regionda 250 nöqtədə plastik tullantıların yığılması üçün konteynerlərin quraşdırılması, onların çeşidlənməsi sahəsində pilot layihə həyata keçirir. Tullantıların idarə olunması sahəsində də bu cür pilot layihələr həyata keçirilə bilər”.

Qeyd edək ki, Sumqayıtda uzun müddətdir havanın tüstülü olması bəzən iy və qoxu ilə bunun müşayiət olunması barədə məlumatlar yayılır. 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Hamısı