Amerikalı müğənni Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib - FOTOLAR | Eurasia Diary - ednews.net

25 Sentyabr, Şənbə

Amerikalı müğənni Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib.

EDNews.net xəbər verir ki, klipin təqdimat mərasimində amerikalı müğənni Della Miles və onun meneceri Hüseyn Fatih Oktay, Azərbaycanın Əməkdar artisti, BAMF-ın Mədəniyyət elçisi Qoçaq Əsgərov, BAMF-ın prezidenti Umud Mirzəyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bizim Yol” qəzetinin baş direktoru Bahəddin Həziyev, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, “Xarıbülbül” kompoziyasının bəstəkarı Tural Məmmədli çıxış ediblər.

Tədbirdə, həmçinin “AZƏRTAC”,  “REAL TV”, “CBC”, “ARB 24”, “ATV Xəbər” və digər media mənsubları da iştirak ediblər. 

Qeyd edək ki, dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Miles Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və BAMF-ın birgə təşkilatçılığı ilə Azərbaycana səfər edib.

Məlumata görə, Della Milesin Bakı səfərinin əsas məqsədi 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad olunmuş Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etməkdir.   

Xatırladaq ki, Della Milesin bir neçə ay öncə Azərbaycanın Qarabağ zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb. Amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. O, burada Michael Jacksonun məşhur “Sisterella” musiqili tamaşasının baş qəhrəmanı olan “Ella” obrazını canlandırıb. Tamaşadakı ifası ilə məhşurlaşan Miles sonralar Michael Jackson və Vhitney Houston başda olmaqla bir çox müğənnilərin vokalçısı olub. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayır.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...