"Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda təlimlər sona çatıb

Cəmiyyət 18:11 05.08.2021

Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycan media nümayəndələri üçün "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda beş gün davam edən təlimlər başa çatıb.

EDNews.net-in məlumatına görə, ADA Universitetində bu gün təşkil olunan təltifetmə mərasimində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev çıxış edərək hamını salamlayıb. O, Media İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılova təlim proqramının həyata keçirilməsində bilavasitə dəstək göstərdiyi üçün təşəkkürünü bildirib, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə dərin minnətdarlığını ifadə edib. U. Mirzəyev həmçinin Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl-Hacc və beynəlxalq təlimçi David Risə təşəkkür edib. “Hesab edirəm ki, bura çox gərgin bir proqramı başa vurduq. Bu gün istər sosial şəbəkədə, istərsə də müxtəlif media qurumlarında bu təlimlərdən danışılır. Sözügedən təlimlər Əl-Cəzirə ilə uzun illərdir davam edən əməkdaşlığın bəhrəsidir. Əl-Cəzirə çox böyük media şəbəkəsidir və hər zaman demişəm ki, onun böyüklüyü neytrallığıdır”.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə də öz növbəsində çıxış edərək tədbir iştirakçılarına universitetin rektoru Hafiz Paşayevin salamlarını çatdırıb. O bildirib ki, beş gün davam edən təlimlərdə faydalı məlumatlar, bacarıq və biliklər qazanılıb: “Bu gün ADA Universiteti inkişaf proqramlarına çox böyük önəm verir. Biz artıq Media Agentliyi ilə bir neçə təlim təşkil etmişik. BAMF prezidenti Umud Mirzəyev növbəti təlim ideyası haqda danışarkən biz bunu alqışladıq. Ümid edirəm ki, xarici mütəxəssislərlə ünsiyyət faydalı oldu. Azərbaycanda media və jurnalistika sahəsi inkişaf edəcək. Biz də bu ildən başlayaraq, yeni Media kommunikasiya ixtisası açmışıq, orada bakalavr tələbələri yetişəcək və gələcəkdə sizin sıralarınıza qatılacaqlar. Biz sizə uğurlar diləyirik. Gələcəkdə də sizi ADA Universitetində gözləyirik və sizin peşəkar inkişafınızda dəstək olmağa həmişə hazırıq”.

Media İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılov isə öz çıxışında ADA və Əl-Cəzirə ilə əməkdaşlığın davamlı olacağını bildirib: “ADA Universiteti və Əl Cəzirə Media Şəbəkəsi vasitəsilə böyük bir platformaya çıxmaq mümkündür. ADA Universiteti ilə  imzaladığımız yeni memorandum da buna imkan verəcəkdir”.

Daha sonra Beynəlxalq Münasibətlərin təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev çıxış edərək təlimlərin əhəmiyyətindən söz açıb və təşkilatçılara minnətdarlığını ifadə edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxış edərək təlimdə iştirak edən jurnalistləri təbrik edib. O qeyd edib ki, bütün dünyada jurnalistika dəyişir və buna görə də artıq Azərbaycanda jurnalistikanın nəzəri əsasları dəyişir. Bu tipli təlimlər Azərbaycan jurnalistlərinin müasir texnikalara yiyənlənməsinə şərait yaradır.

Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl-Hacc ADA Universitetinə, BAMF-a və bütün təşkilatçılara minnətdarlığını bildirib: “Siz olmasaydınız belə bir təlim keçirilə bilməzdi. Bu qızıl qaydanı xatırlayaq: Jurnalistin həyatı xəbərdən önəmlidir. Burada bir ağsaqqalımız var. Özü bizə çox xahiş edib və deyib ki, gəlin burada bir təlim keçək. Umud Mirzəyev olmasaydı bu təlim olmazdı. Biz sizə söz veririk ki, bundan sonra başqa təlimlər də olacaq. Sizi də Əl-Cəzirədə gözləyirik”.

Çıxışının sonunda Sami Əl Hacc BAMF Prezidenti Umud Mirzəyevə jurnalist dəbilqəli suvenir həddiyyə edib.

Sonda ADA Universitetində bu gün təşkil olunan təltifetmə mərasimində təlim proqramını müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti beş gündür Bakıdadır. Nümayəndə heyətinə Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc rəhbərlik edir. Səfər çərçivəsində Əl-Cəzirə Media Şəbəkəsi tərəfindən bir qrup Azərbaycan media mənsublarına Konflikt Jurnalistikası ilə bağlı təlimlər keçmək, işgaldan azad olunmuş rayonlara səfər etmək, eləcə də ölkəmiz haqqında müxtəlif mövzularda reportajların hazırlanması nəzərdə tutulur.

 

1
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı