Laçında 30 il sonra uşaqlıq jaketi tapılan şəxs danışdı

Cəmiyyət 13:51 13.09.2021

Laçında anadan olmuş Fərid Cəbrayılovun 30 ildən sonra Göyqayadakı yaylaq evlərinin dağıntıları arasında tapılan jaketinin fotosu sosial şəbəkələrdə böyük marağa səbəb olub. F. Cəbrayılovun əmisi oğlu Orxan Cəbrayılov onun üç aylıq uşaqlıq şəklini həmin tapılan sarı jaketlə birgə paylaşıb.

EDNews.net xəbər verir ki, F. Cəbrayılov keçirdiyi hissləri və jaketin tapıldığı anın videogörüntülərini “Qafqazinfo” ilə bölüşüb. O bildirib ki, 1988-ci ilin 8 sentyabrında Laçın rayonunun Ələkçi kəndində anadan olub: “Üç aylıq bir körpə ikən şəkildəki üçdüymə jaketi atam mənim üçün rayondan alıb gətiribmiş. Şəkil yaylaq evimiz yerləşən və ərazisinə xas göy rəngdə qayalara ithafən Göyqaya adlandırılan yerdə 1989-cu ildə çəkilib”.

Onun sözlərinə görə, rayon işğal olunandan 1993-cü ilin mart ayına kimi atası, əmiləri öz yurdlarında, babası Ərikli kəndində yaşayıb öz təsərrüfatları ilə məşğul olublar.

F. Cəbrayılov deyir ki, şəklin çəkildiyi yaylaq ərazisi Laçında son günlərini keçirdikləri yurd yeri olub: “Oradan əynimizdəki paltarlardan başqa heç bir şey götürmədən çıxmağımız, inəklərimizi, qoyunlarımızı çarəsizcə açıb buraxmağımız, itlərimizi bağdan açıb öz talelərinə tərk etməyimiz, bir neçə ay əvvəl xəbər saytlarında maraqla qarşılanan babam Sevindikov Fikrətin “UAZ” markalı avtomobili ilə Kəlbəcər rayonu ərazisindən doğma yurdumuzu tərk etməyimiz, gecə yol gedərkən məndən kiçik qardaşımın və mənim susamağımız qarşısında bizə mis fincanda keçilməz Murov dağının qar suyunun verilməsi, o dağ yollarındakı soyuq xatirələr hələ də aydınlığı və dəqiqliyi ilə yadımdadır.  

Laçınımızdan ayrıldıqdan bu günə kimi mənim xatirələrim 3 ədəd şəklim, yuxarıda qeyd etdiyim yaddaşımda qalan bəzi məqamlar və böyüklərimizin illərdir danışdığı əhvalatlardan ibarət idi. Ta ki, dünən axşama kimi…

Dünən axşam əmim oğlu Orxan Cəbrayıl mənə yazanda ki, sənin sarı jaketin evinizin dağıntıları altından tapılıb, bir anlıq özümü itirdim, ürək döyüntülərim artdı, gözlərim dolsa da ağlaya da bilmədim çünki bir boğulma, bir xaos bürümüşdü məni. 

Bilmədim gülürəm, ya ağlayıram. Dərhal yurd yerimizə gedən və jaketimi tapan əmim oğlu ilə əlaqə saxladım və mənə bunun həqiqət olduğunu, uçmuş evimizin damının dəmirlərinin və daşların töküldüyü yeri bir az aralayarkən onun da yadında dəqiq qalmış jaketi digər əmim oğlu Toğrul Cəbrayılın tapdığını, görən kimi tanıdığını, şəklini çəkdiyini və göndərəcəyini dedi.

Ona təşəkkürlərimi hansı sözlə deyəcəyimi bilmədim. Sonra anama dedim və anam jaketin olsa-olsa uşaqlıq şəklimdəki jaket olacağını dedi. Hamımız gecə saat ikiyə kimi oturub şəkli gözlədik və o şəkil gəldi. Həmin anı hər kəsin başa düşməsi üçün belə izah edə bilərəm ki, elə bil 30 il əvvəl itirdiyiniz ən sevimli bir insanınızı sağ-salamat tapmısınız. Əlbəttə ki, bu jaket mənim üçün çox şeyi simvolizə edir deyə çox qəribə və ilk dəfə yaşadığım bir duyğuya qapıldım. Onun fonunda mənim itmiş, uçuq evimizin altında məhv olmuş uşaqlığım, o zaman üçün çox bahalı, növbənöv oyuncaqlarım, ailəmizin xoş və xoşbəxt günlərinin anidən bədbəxtliyə çevrilməsi, köçkünlüyün ilk illərində çəkdiyimiz çətinliklər, özümdən çox oraya qayıtmaqlarını istədiyim,arzu etdiyim Əfqan əmimin, nənəmin oraya qayıda bilməməsi, işğalda qalmış ev-eşiyimizdən çox bizə təsir edən zamanının ən məşhur, ad çıxarmış kişilərindən olmuş babam Novruzun məzarının düşmən tapdağı altında qalması, ibtidai sinif illərində müəllimin “kim qaçqındırsa, əlini qaldırsın!” deyərkən utana-utana, qızara-qızara əlimi qaldırıb başımı endirməyim, yay tətilindən qayıdan sinif yoldaşlarımın kəndlərində keçirtdiyi istirahətləri haqqında inşa yazmaları qarşılığında mənim başqa rayonlarda, başqa yerlərdə keçirtdiyim tətil barədə çarəsizcə inşa yazmağım və bu gün artıq ömrümün itmiş, ölü xatirələrinin yenidən mümkünsüzcə canlanması, gözlərimin önünə gəlməsi var". 

F. Cəbrayılov qeyd edib ki, hələ o torpaqlardan nə qədər acılı, nə qədər şirinli xatirələr tapılacaq: "Və orada nə qədər xoş gün keçirtsək də canını qurban vermiş igidlərimizin xatirəsi həmişə bizim qəlbimizdə qalacaq, qəhrəmanlıq hekayələri hər məclisimizdə yada salınacaq.

Bu da mənim kiçik amma hələ ki, natamam hekayəm. İndi bir arzum var ki, tez bir zamanda yurduma gedib babamın qəbrini ziyarət edim, yaylaq evimizin qarşısındakı alça ağacından alça yeyim və bu jaketi götürüb ən dəyərli əşya kimi həmişə saxlayım”.

 


Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Hamısı