Nazirlikdən koronavirus xəstələrinə xəbərdarlıq | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Nazirlikdən koronavirus xəstələrinə xəbərdarlıq

Cəmiyyət A- A A+

“Koronavirus əleyhinə vurulan peyvənddən 10 gün sonra olan qızdırma vaksinlə əlaqəli deyil”.

EDNews.net xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, belə olan zaman digər səbəbləri araşdırmaq lazımdır.

T.Eyvazov aktiv xəstələrin ictimai yerlərə çıxmasından təəssüfləndiyini bildirib: “Bu, acınacaqlı haldır. Çünki həmin şəxslər yoluxma sayını ciddi şəkildə artırmış olurlar. Nəzərə alaq ki, hazırda ailədaxili yoluxmaların göstəricisi yüksəkdir. Yüngül simptomlu xəstələr adətən həkimə müraciət etmir və rəsmi qeydiyyata düşməmək üçün adlarını sistemə salmırlar. Hesab edirlər ki, adları sistemə düşsə məhdudiyyətlərlə qarşılaşacaqlar. COVID-19-un bəzi simptomları kəskin respirator virusun əlamətləri ilə oxşar olduğundan xəbəri olmayan insanlar yoluxmanı artırmış olurlar. Odur ki, hər kəs məsuliyyətli olmalıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...