Bakıda "Qanlı göl" ətrafında insan sümükləri tapılıb - FOTO | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Bakıda "Qanlı göl" ətrafında insan sümükləri tapılıb - FOTO

Cəmiyyət A- A A+

Bakının Yasamal rayonunda 3 ədəd insan skeleti aşkar olunub.

Bu barədə EDNews.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Qanlı göl”ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib.
Faktla bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...