Səyyad Əlizadə komaya düşdü - Açıqlama | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Səyyad Əlizadə komaya düşdü - Açıqlama

Cəmiyyət A- A A+

Müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.

Bu barədə EDNews.net-ə müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, süni  tənəffüs aparatında olan müğənni  komaya düşüb.  

R.Qarayev həmçinin də,  müğənninin həyat yoldaşı Kəmalə  Əlizadənin vəziyyətinin yaxşı olduğunu bildirib. 

Qeyd edək ki,  Səyyad Əlizadə bir neçə gün öncə koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...