Anım Günü münasibətilə Füzulidə silsilə tədbirlər keçirilir - FOTOLAR | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Anım Günü münasibətilə Füzulidə silsilə tədbirlər keçirilir - FOTOLAR

Cəmiyyət A- A A+

27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Füzuli rayonunda silsilə tədbirlər davam etməkdədir.

Füzuli RİH-dən EDNews.net-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin “Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri sentyabrın 21-22-23-də Füzuli rayon ərazisində dəfn olunan, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, dərin hörmət və ehtiramla məzarlarına gül dəstələri düzüblər.

İcra başçısı və tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə görüşərək onların problemləri, qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  öz dərin minnətdarlıqlarını bildiriblər.

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...