İşçilərinin COVID-19-a qarşı peyvənd olunması tələb olunan iş və xidmət sahələrinin siyahısı genişləndirilib | Eurasia Diary - ednews.net

17 Oktyabr,

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması tələb olunan iş və xidmət sahələrinin siyahısı genişləndirilib

Cəmiyyət A- A A+

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin Siyahısı genişləndirilib.

EDNews.net-in məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyətində çalışan işçilərdən də COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikat tələb olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...