Şəhid övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Şəhid övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər

Cəmiyyət A- A A+

“YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Şəhid əmanətləri Şuşada” layihəsi başa çatıb.

EDNews.net Fonda istinadən xəbər verir ki, layihə çərçivəsində şəhid övladları Şuşa şəhərində ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya çərçivəsində şəhidlərimizin övladları tərəfindən 100 ədəd Eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd övladları tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və azad olunmuş Şuşa şəhərinin ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...